
Azər iş
June 11, 2025 at 12:14 PM
Mühasib tələb olunur
İşəgötürən: Premium Mining LLC
- İş yeri - Şıxov
- Servis var
Vəzifə öhdəlikləri:
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
• Vergi və mühasibat uçotunu aparmaq;
• Bank əməliyyatlarını həyata keçirmək, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
• Debitor və kreditor hesablaşmaları aparmaq;
• Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi.
• Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək.
• Gündəlik və aylıq hesabatları tərtib etmək;
• Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
Namizədə tələblər:
• Müvafiq sahə üzrə ali təhsil
• Minimum 3 il təcrübə
• PMS sertifikatının olması üstünlükdür.
• Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
• İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
• 1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
• Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
İş şərtləri:
- İş rejimi: 5 günlük
- İş saatı: 09:00 – 17:00
- Əmək haqqı: Razılaşma yolu ilə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
❤️
4