
Azər iş
June 11, 2025 at 02:15 PM
Ticari Marketinq üzrə Mütəxəssis tələb olunur
İşəgötürən: Veysəloğlu MMC
Veysəloğlu" MMC İçkilər Kateqoriyası üzrə İdarəedici Direktorluqda, Red Bull Markası üzrə "Ticari Marketinq üzrə Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifə Öhdəlikləri:
Satış və distribusiya hədəflərinin yerinə yetirilməsi;
Satış komandası və DP ilə koordinasiya;
Merçendayzer qrupunun idarə olunması;
Bazarda rəqib və ticarət fəaliyyəti monitorinqi;
Ticarət nöqtələrində məhsul yerləşməsi və müqavilələrin icrası;
Hesabatların vaxtında təqdim olunması və avadanlıq izlənməsi.
Tələblər:
Ali təhsil (Marketinq, Biznes, Satış sahəsində üstünlük verilir)
FMCG və ya içki sektorunda 1–3 il təcrübə;
Satış, distribusiya və planogram üzrə bilik;
Yaxşı ünsiyyət və danışıqlar bacarığı;
Ofis proqramlarında işləmə bacarığı;
Azərbaycan dili – əla, Rus/İngilis dili – üstünlükdür;
Sürücülük vəsiqəsi tələb olunur.
Dil bilikləri
Azərbaycan, rus dillərində səlis; ingilis dillində sərbəst danışıq bacarığı üstünlük sayılır
İş şəraiti
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Qərb və Şimal-Qərb regionları
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Mingəçevir və Gəncə şəhərlərində yaşayan namizədlərə üstünlük verilir.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari Marketinq üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
2