
Azər iş
June 12, 2025 at 10:45 AM
Əməliyyat risklərinin idarəolunması üzrə aparıcı/baş mütəxəssis tələb olunur
İşəgötürən: PASHA Insurance
Vəzifə və Öhdəliklər:
Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
Risk iştahının hazırlanmasında iştirak etmək;
Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Biliklər:
İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə bakalavr təhsili;
Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
Sahə üzrə tələb olunan sertifikatlar (ARM, ORM, FRM) olması üstünlükdür
Təcrübə:
Risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
Bacarıqlar:
Təqdimat bacarıqları;
Komandada işləmək bacarığı;
Yaxşı ünsiyyət bacarığı;
Məntiqi və analitik düşüncə;
Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
Stresə davamlılıq;
Təşəbbüskarlıq;
Məqsədyönlülük;
Emosional stabillik və məsuliyyətli olmaq.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] elektron poçt ünvanına göndərin.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
1