DÖVLƏT İMTAHAN MƏRKƏZİ
DÖVLƏT İMTAHAN MƏRKƏZİ
May 25, 2025 at 10:19 AM
Dövlət İmtahan Mərkəzi tərəfindən 25 may tarixində II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı (https://youtube.com/@stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm II, həm də III ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını müvafiq postun altına yaza bilərlər. İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları da canlı yayım zamanı təqdim olunacaq.
Image from DÖVLƏT İMTAHAN MƏRKƏZİ: Dövlət İmtahan Mərkəzi tərəfindən 25 may tarixində II və III ixtisas q...
👍 ❤️ 😢 🙏 😮 105

Comments