
DÖVLƏT İMTAHAN MƏRKƏZİ
51.4K subscribers
About DÖVLƏT İMTAHAN MƏRKƏZİ
Dövlət İmtahan Mərkəzinin rəsmi kanalı. Mərkəzin təqdim etdiyi məlumatları buradan izləyə bilərsiniz.
Similar Channels
Swipe to see more
Posts

İyunun 20-dən etibarən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının keçirilməsinə start verilir. Qabiliyyət imtahanlarının qrafiki saytımıza yerləşdirilib. Hər hansı bir komissiya üzrə imtahan tarixi müəyyən olunan kimi qrafikə əlavə olunur. Abituriyentlər təqvimə uyğun olaraq imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçmiş abituriyentlər qrafiki izləməlidirlər. Qrafikə keçid: https://shorturl.at/72OLB


Abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.


20 iyun 2025-ci il tarixindən etibarən ali təhsil pilləsinin İdman istiqamətinin 62-ci komissiyası və Təsviri sənət istiqamətinin 14-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək. İdman istiqaməti üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda və Azərbaycan İdman Akademiyasında 62 və 63-cü komissiyalar, Tovuz Olimpiya İdman Kompleksində 63-cü komissiya, Təsviri sənət istiqaməti üzrə 14 və 15-ci komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər 14 iyun tarixindən etibarən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən (https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login) çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir. Qeyd: İmtahana buraxılış vərəqələri imtahan tarixləri və komissiyalar üzrə mərhələli şəkildə (imtahana ən az 5 gün qalmış) abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrinə yerləşdiriləcək.


Teatr, kino və xoreoqrafiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi bu gün 23:59-dək davam edəcək. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər. Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.


Ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 22-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı günün ikinci yarısı aktiv ediləcək. Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək. Xatırladaq ki, 2025-ci il mayın 4-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 4-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.


https://eservices.dim.gov.az/BRXV/login/login?usdcnt=1&usd=byS%2FSttzEd4%3D


2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq: təsviri sənət; musiqi sənəti; idman; teatr, kino və xoreoqrafiya sənəti. Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir. Ətraflı: https://shorturl.at/Sx7YU


✅️ Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. ⏰️ İmtahan saat 10:00-da başlanır. ❗️ İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 📌 İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: ✅️ İmtahana buraxılış vərəqəsi; ✅️ Şəxsiyyəti təsdiq edən sənədin əsli. Bütün iştirakçılara uğurlar arzu edirik!


İmtahan iştirakçılarına və valideynlərə https://shorturl.at/QBije linkinə daxil olub məlumatla tanış olmağı tövsiyə edirik.


Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə 10 iyul 2025-ci il tarixinədək DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
