DÖVLƏT İMTAHAN MƏRKƏZİ
DÖVLƏT İMTAHAN MƏRKƏZİ
May 27, 2025 at 05:54 AM
Məlum olduğu kimi, I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başlanıb. Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər iyunun 8-dək qeydiyyatdan keçmək üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə də müraciət edə bilərlər. Məsləhət mərkəzləri Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Texniki Universitet, Memarlıq və İnşaat Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.
Image from DÖVLƏT İMTAHAN MƏRKƏZİ: Məlum olduğu kimi, I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanı...
👍 ❤️ 😢 😂 🙏 😮 118

Comments