DÖVLƏT İMTAHAN MƏRKƏZİ
DÖVLƏT İMTAHAN MƏRKƏZİ
May 29, 2025 at 06:58 AM
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılır: təsviri sənət; musiqi sənəti; idman; teatr, kino və xoreoqrafiya sənəti. Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir. Ətraflı: https://shorturl.at/QMXJj
Image from DÖVLƏT İMTAHAN MƏRKƏZİ: 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qru...
👍 ❤️ 😂 😮 😢 🙏 51

Comments