Hədis-Evi
Hədis-Evi
May 16, 2025 at 03:24 AM
Yunus ibn Əbdürrəhman dedi: "İmam Kazımın (ə) yanına daxil oldum və ona dedim ki, ey Allah Rəsulunun övladı, sənsən haqq olan Qaim", o dedi: "Mənəm haqq olan Qaim. Lakin yer üzünü Allahın düşmənlərindən təmizləyəcək və oranı zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq Qaim mənim övladlarımın beşincisidir. Onun özü üçün narahat olduğu uzun müddətli qeybəti vardır. Həmin dövrdə bir çox qövm dindən çıxacaq və digərləri isə sabit qalacaqlar". Sonra İmam (ə) buyurdu: "Xoş olsun Qaimimizin qeybəti dövründə ipimizdən möhkəm yapışan şiələrimizin halına. Onlar bizim vilayətimizdə və bizi sevməkdə sabitdirlər və düşmənlərimizdən bəraət (nifrət, lənət) edirlər. Onlar bizdəndir və biz də onlardanıq. Onlar bizdən imamları olaraq razı qalıblar və biz də onlardan şiəmiz olaraq razı qalmışıq. Xoş onların halına, yenədə xoş onların halına. Allaha and olsun ki, onlar qiyamət günü bizim dərəcələrimizdə (məqamlarımızda) bizimlə birlikdədirlər". (Kəmalud-din, cild 2, səh 361.) https://t.me/Shia_Hadis
❤️ 👍 🙏 4

Comments