Hədis-Evi
Hədis-Evi
May 21, 2025 at 02:19 PM
İmam Baqir (ə) buyurub: “İmam olan kəsin on əlaməti vardır: Birincisi, sünnət olunmuş halda dünyaya gələr. İkincisi, yerin üzərində qərar tutduqda göyə nəzər salar və kəlmeyi-şəhadət deyər. Üçüncüsü, sağ qolunun üzərində (çiyindən dirsəyə qədər olan hissəsində) bu ayə yazılar: *“Rəbbinin kəlməsi düzgün və ədalətli bir şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidən və biləndir!”.* *(Ənam surəsi, ayə 115.)* Dördüncüsü, gərnəşməz. Beşincisi, əsnəməz. Altıncısı, qətiyyən möhtəlim (cünub) olmaz və şeytan ona yaxınlaşmaz. Yeddincisi, bədənindən xaric olan artıq maddədən müşk ətri gələr və yer daxilinə çəkməklə o ikisini tamamilə aradan qaldırar. Səkkizincisi, günəş altında olarkən kölgəsi olmaz. (Çünki o, nurdan olan bir nurdur ki, kölgəsi olmaz!) Doqquzuncusu, o, ata-babaları kimi daş üzərinə möhür vurar. Onuncusu, onun duası qəbul olar”. (əl-Xəraic vəl-Cəraih, cild 2, səh 569 və 570, hədis 26.) https://t.me/Shia_Hadis
❤️ 👍 8

Comments