
Hədis-Evi
June 5, 2025 at 02:38 PM
İmam Hüseynin (ə) Kufə camaatına yazdığı məktubdan bir parça:
“Bağışlayan və mehriban Allahın adı ilə!
Bu, Hüseyn ibn Əli (ə) tərəfindən möminlər və müsəlmanlar üçün bir məktubdur. Həqiqətən, Hani və Səid sizin məktublarınızı mənə çatdırdılar. Bu iki nəfər sizin axırıncı elçiniz idi. Dediyiniz və xatırladığınız bütün şeyləri başa düşdüm. Sizin ən çox sözünüz budur ki, bizim imam və rəhbərimiz yoxdur. Bizim tərəfə gəl! Bəlkə Allah sənin vasitənlə bizi haqq və hidayət (yolu) üçün (bir yerə) toplasın. İndi mən qardaşım, əmim oğlu, ailəm arasında ən etibarlı olan kəs - (yəni) Müslim ibn Əqili sizə tərəf göndərirəm. Əgər Müslim mənə dəstənizin, düşüncə sahiblərinizin, bilikli adamlarınızın fikir, nəzərlərinin
göndərdiyiniz elçilərin sözlərində və məktublarınızda oxuduğum kimi olduğunu yazsa, Allahın istəyi ilə tezliklə sizin yanınıza gələcəm. Öz canıma and olsun! İnsanlar arasında Allahın kitabıyla hökm verən, ədalət üçün qiyam edən, haqq dini əsasında dindarlıq edən və Allaha aid şeylərdən özünü saxlayan kəsdən başqa heç kəs imam və rəhbər deyil. Vəssalam!”
(əl-İrşad, səh 306.)
https://t.me/Shia_Hadis
😢
2