
Hədis-Evi
June 11, 2025 at 03:00 AM
İmam Sadiq (ə) buyurub:
"Bir şəxs ölüm yatağında nəfəsi boğazına yetişdiyi zaman Peyğəmbərin (s) ona belə söylədiyini görür: “Mən sənin müjdəçi peyğəmbərinəm Sonra Əlini (ə) görür. O deyir: “Mən Əli ibn Əbu Talibəm. Mən sənin sevdiyin şəxsəm, sənə yardım edəcəyəm”. Ravi deyir: “Soruşdum: “Ey ağam, bunu görən şəxs dünyaya geri qayıdırmı?” İmam (ə) buyurdu: “Bunu gördükdə ölür. Bu, Quranda da qeyd olunub: “O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər onlara dünyada da, axirətdə də müjdə var. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!”(Yunus surəsi, ayə 63-64.) İmam (ə) buyurdu: “Bizə olan məhəbbətinə görə onu dünyada da, axirətdə də Cənnətlə müjdələyir. Əgər qorxusu olarsa, bu, onun üçün bir müjdədir”.
(Ər-ravzatu fi fəzaili Əmirəl-muminin, səh 462.)
https://t.me/Shia_Hadis
❤️
👍
4