Nicat Gəmisi | سفينة النجاة
Nicat Gəmisi | سفينة النجاة
June 11, 2025 at 10:21 PM
*Camaatçılıq eşqinə batilə susmaq, habelə dünənki sükutun bugünkü qışqırığı:* Məlumdur ki, Cübbəli Əhməd adı ilə tanınan şəxs uzun illər boyu İsmailağa camaatının çətiri altında fəaliyyət göstərənlərdən biri idi. Bununla yanaşı elmi müstəvidə Cübbəli Əhmədin ən çox tənqid olunan cəhətlərindən biri və bəlkə də, ən mühümü onun zəif, bəzən isə açıq-aşkar mövzu (uydurma) hədisləri heç bir şərh və qeyd olmadan səhih hədislər kimi təqdim etməsi idi. Bu məqamı elmi şəkildə gündəmə gətirən, şəriətə, sünnəyə və elmi ədalətə sadiq qalan elm əhli zaman-zaman bu təhrifatlara qarşı öz mövqelərini sərgilədilər (bunlardan biri məhz Əhli-Sünnə Mədrəsəsi idi). Lakin qəribə və eyni zamanda acı mənzərə ondadır ki, Cübbəli Əhmədi bu məsələdə tənqid edənlərə qarşı o dövrdə məhz İsmailağa çevrəsi - hansı ki, o zamanlar Cübbəli ilə eyni safda idilər – şəxsi, təhqiramiz, hətta təhlükəli nəticələrə aparacaq davranışlarla cavab verir, müsəlmana yaraşmayan təhdidlər, qaralama kampaniyaları ilə çıxış edirdilər. *Elə isə soruşmaq gərəkdir:* a) O zaman Cübbəlinin uydurma hədislərə “səhih” deməsi sizcə doğrumu idi? b) Əgər doğru deyil idisə, niyə susdunuz? c) Əgər doğru idisə, bu gün niyə onu tənqid edirsiniz? İkili meyar bu qədərmi aydın olar? Halbuki bir müsəlman kimliyindən və mənsubiyyətindən asılı olmayaraq səhihliyi olmayan sözləri Rəsulullahın (sallallahu aleyhi və səlləm) adına səhih kimi nisbət verirsə, bu, ən böyük iftiralardandır. Necə ki, Allah Rəsulu buyurur: *مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.* *“Kim mənim adıma yalan danışarsa, arxasını cəhənnəmdəki yerinə hazırlasın!”* Bu qədər açıq bir təhdid qarşısında bir qrupun yalnız “bizdən olandır” deyə sükut etməsi, hətta bu sükutu elmi tənqidləri susdurmaq üçün təhdidə çevirməsi, onların elmi ciddiyyətini, dini sədaqətini və ədalət iddialarını sual altına alır. Bu münasibət elmə deyil, camaatçılığa əsaslanan yanaşmadır. Amma daha təəccüblüsü Cübbəli Əhmədlə yolları ayrıldıqdan sonra birdən-birə onun eyni yanlışlarını indi özləri dilə gətirməyə başlamalarıdır. Halbuki bu hədislər nə bu gün, nə də dünən dəyişmişdir. Mövzu olan yenə mövzudur, zəif olan yenə zəifdir. Bəs niyə dünən bu hədislərə görə sükut etdiniz, indi isə eyni hədislərə görə tənqid edirsiniz? Bu ikitərəfli münasibət, “bizdən olsa, səhv də etsə, müdafiə olunmalı, bizdən ayrıldısa, doğrunu da etsə, tənqid olunmalı” prinsipindən qaynaqlanırsa, o zaman bu, din naminə yox, mənsubiyyət naminə çıxış etməkdir, halbuki ölçümüz sadəcə və sadəcə əqidəmiz və fiqhimiz olmalıdır. Odur ki, müsəlmanlar bu cür şəxsyönlü, düşərgəvi təəssübdən uzaq durmalı, həqiqəti müdafiə edərkən kimin tərəfində dayandığını yox, kimin haqlı olduğunu əsas götürməlidir. Allah bizi haqqı görən, haqqı deyən və haqqın yanında səbat edən qullarından etsin. De: “Amin!” *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
👍 ❤️ 🙏 11

Comments