Nicat Gəmisi | سفينة النجاة
Nicat Gəmisi | سفينة النجاة
June 12, 2025 at 08:14 AM
Allah möminləri belə vəsf edir: *إِلَّا الْمُصَلِّينَ* Ancaq namaz qılanlar müstəsnadır. *الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ* O kəslər ki, (şərt və rüknlərinə riayət edərək) daim namaz qılarlar. *وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ* O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır - *لِلسَّائِلِ وَالْمَحْرُومِ* Dilənən və (utandığı üçün istəyə bilməyib) məhrum qalanlar üçün. *وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ* O kəslər ki, haqq-hesab gününü (qəlbən) təsdiq edərlər. *وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ* O kəslər ki, Rəbbinin əzabından qorxarlar. *إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ* Çünki (onlar bilirlər ki,) heç kəs (etmiş olduğu əmələ etibar edərək) Rəbbinin əzabından əminlikdə ola bilməz. *وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ* O kəslər ki, iffətlərini qoruyarlar. *إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ* Ancaq həyat yoldaşları və ya cariyələri bundan istisnadır. Çünki onlar (buna görə) qınanmazlar. *فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ* Bundan artığını istəyənlər həddi aşanlardır. *وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ* O kəslər ki, əmanətə və verdikləri sözə riayət edərlər. *وَالَّذِينَ هُمْ بِشَهَادَاتِهِمْ قَائِمُونَ* O kəslər ki, şahidliklərində dürüstdürlər. *وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ* O kəslər ki, daim namazlarını mühafizə edərlər. *أُولَٰئِكَ فِي جَنَّاتٍ مُكْرَمُونَ* Məhz onlara cənnətlərdə ikram ediləcəkdir. Məaric surəsi, 22-35-ci ayələr. *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
❤️ 😂 10

Comments