
Maide.Az
June 9, 2025 at 07:31 AM
💠 SİRLƏRİN ZÜHURU - Ayətullah Cavadi Amuli
🔹 Buyurdu: Hər kəsin daxilində bir xüsusiyyət varsa, haçansa üzə çıxacaq. Nə yaxşı olar ki, insanın daxili ilahi sirlərlə zənginləşsin ki, üzə çıxdıqda da, onun ruhu və reyhanı ətraf mühiti ətirləndirsin. Bundan da gözəl nə ola bilər!
Bizim vəzifəmiz özümüzü göstərmək yox, yaxşı insan olmaqdır və bu yaxşılıq, istəsək də, istəməsək də, öz-özünə üzə çıxacaq. Özümüzü göstərmək iddiasında olmamalıyıq. وَ جَعَلْنا لَهُ نُوراً یمْشی بِهِ فِی النَّاسِ – "İnsanlar arasında gəzmək üçün ona bir nur verdik" – ayəsinə ("Ənam"/122) əsasən, yaxşı insan özünü göstərmək fikrində olmur. Allah-Taala insanlara elə bir ağıl verib ki, yaxşı insanın saflığı və paklığını onun oturuş və duruşundan (rəftarından) anlayırlar.
🔹 Allah-Taala buyurur ki, İslam sisteminə, cəmiyyətə və xalqa – Allah eləməsin – xəyanət etmək niyyətində olan kəsi rahat buraxmayacağıq:
أَمْ حَسِبَ الَّذِینَ فِی قُلُوبِهِم مَرَضٌ أَن لَن یخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ
"Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!" ("Muhəmməd"/29.)
Daxilində mərəz olanlar onu hər zaman gizlədə biləcəklərini və Bizim onları zahirə çıxarmayacağımızı güman edirlər. Xeyr, Biz onu zahirə çıxaracağıq!
🔹 Beləliklə, biz öz abır-həyamızı qorumalıyıq. Onu qorumağın ilk yolu batini təmizləyib saflaşdırmaqdır. Əgər – Allah eləməsin – insanın batini saf və təmiz olmazsa, bu, bir yolla özünü göstərəcək; ya nitqində, ya davranışında, ya da yazısında üzə çıxacaq. İnsan səhvsiz və unutqansız deyil. Səhv və unutqan halında həmin hadisə özünü göstərəcək!
#ayətullahcavadiamuli #yaxşınsan #sirr #qəlb
@MaideTV
🥺
1