
Maide.Az
June 11, 2025 at 04:02 AM
💠 VİLAYƏTİN MƏNA VƏ TƏFSİRİ
🔹 İmam Hadidən (ə) nəql olunan “Cəmieyi-Kəbirə” ziyarəti imamət və vilayətin məna və təfsiridir.
Məlum olduğu kumi, Əhli-beyt (ə) Qurani-Kərimin tayı və bərabərdir. Dünyada insanın imamlara (ə) tay və bərabər tutacağı heç bir şey yoxdur. Pak və məsum Əhli-beytin (ə) tayı və bərabəri yalnız Qurani-Kərimdir.
🔹 Vilayətin məna və təfsirə ehtiyacı var. İmamət və vilayəti məna və təsvir edən rəvayətlər, qısa və lakonik cümlələr zəruri olsa da, kafi deyildir. Ona görə də 10-cu imamımız İmam Hadi (ə) imamət və vilayəti məna və təfsir etmişdir.
🔹 Nurani “Cəmieyi-Kəbirə” ziyarəti imamət və vilayətin təfsiri, geniş izahıdır. "İmamət nə deməkdir? Vilayət məqamı nədir? İmamın varlıq aləmində rolu nədir?" – kimi sualların cavabı bu nurani ziyarətdə öz əksini tapmışdır.
Bəli, İmam Hadinin (ə) “Cəmieyi-Kəbirə” ziyarətində buyurduğu bu ifadələr imamət və vilayətin məna və təfsiridir. Bu ziyarətdə məsum imamların “rəhmət mədənləri”, “elm xəzinədarları”, “mələklərin düşərgəsi”, “peyğəmbərlərin varisləri”, “rəhman Allahın əmanətdarları”, “ümmətin rəhbərləri”, “bəndələrin siyasətçiləri” və digər böyük məqamlarından söz açılmışdır:
اَلسَّلامُ عَلَيْكُمْ يَا أَهْلَ بَيْتِ النُّبُوَّةِ وَمَوْضِعَ الرِّسَالَةِ وَمُخْتَلَفَ الْمَلائِكَةِ وَمَهْبِطَ الْوَحْيِ وَمَعْدِنَ الرَّحْمَةِ وَخُزَّانَ الْعِلْمِ وَمُنْتَهَى الْحِلْمِ وَأُصُولَ الْكَرَمِ وَقَادَةَ الْأُمَمِ وَأَوْلِيَاءَ النِّعَمِ وَعَنَاصِرَ الْأَبْرَارِ وَدَعَائِمَ الْأَخْيَارِ وَسَاسَةَ الْعِبَادِ وَأَرْكَانَ الْبِلاَدِ وَأَبْوَابَ الْإِيمَانِ وَأُمَنَاءَ الرَّحْمَنِ وَسُلالَةَ النَّبِيِّينَ وَصَفْوَةَ الْمُرْسَلِينَ وَعِتْرَةَ خِيَرَةِ رَبِّ الْعَالَمِينَ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ
Salam olsun sizə, ey nübuvvət evinin əhli, risalət ocağı, mələklər düşərgəsi (mələklərin enib-qalxdığı yer), vəhyin nazıl olduğu yer və rəhmət mənbəsi, elm xəzinədarları, helmin son zirvələri, kəramət əsasları, ümmətlərin rəhbərləri, nemətlərin sahibləri, xeyirxahların gövdələri, seçilmişlərin sütunları, bəndələrin siyasətçiləri, yer üzünün sütunları (şəhərlərin rüknləri), iman qapıları, rəhman Allahın əmanətdarları, peyğəmbərlərin sülaləsi, rəsulların seçilmişləri, aləmlərin Rəbbinin seçilmiş xanədanı! Allahın rəhmət və bərəkətləri sizə olsun!
السَّلامُ عَلَى أَئِمَّةِ الْهُدَى وَمَصَابِيحِ الدُّجَى وَأَعْلامِ التُّقَى وَذَوِي النُّهَى وَأُولِي الْحِجَى وَكَهْفِ الْوَرَى وَوَرَثَةِ الْأَنْبِيَاءِ وَالْمَثَلِ الْأَعْلَى وَالدَّعْوَةِ الْحُسْنَى وَحُجَجِ اللَّهِ عَلَى أَهْلِ الدُّنْيَا وَالْآخِرَةِ وَالْأُولَى وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ
Salam olsun hidayət imamlarına, zülmətdə parlayan çıraqlara, nur saçan təqva nişanələrinə, sağlam əql sahiblərinə, kamil zəka sahiblərinə, xalqın pənahgahlarına, peyğəmbərlərin varislərinə, ülvi örnəklərə, ən gözəl carçılara, dünya və axirət əhli üzərində Allahın “höccət”lərinə! Onlara Allahın rəhmət və bərəkətləri olsun!
اَلسَّلامُ عَلَى مَحَالِّ مَعْرِفَةِ اللَّهِ وَمَسَاكِنِ بَرَكَةِ اللَّهِ وَمَعَادِنِ حِكْمَةِ اللَّهِ وَحَفَظَةِ سِرِّ اللَّهِ وَحَمَلَةِ كِتَابِ اللَّهِ وَأَوْصِيَاءِ نَبِيِّ اللَّهِ وَذُرِّيَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ
Salam olsun Allah mərifətinin qəlblərinə, Allahın bərəkət məkanlarına, Allahın hikmət mədənlərinə, Allah sirrinin hafizlərinə, Allah kitabının daşıyıcılarına, Allah Peyğəmbərinin vəsilərinə və Rəsulunun övladlarına. Allahın salam və salavatı ona və Əhli-beytinə olsun! Onlara Allahın rəhmət və bərəkətləri olsun!
اَلسَّلامُ عَلَى الدُّعَاةِ إِلَى اللَّهِ وَالْأَدِلاّءِ عَلَى مَرْضَاةِ اللَّهِ وَالْمُسْتَقِرِّينَ فِي أَمْرِ اللَّهِ وَالتَّامِّينَ فِي مَحَبَّةِ اللَّهِ وَالْمُخْلِصِينَ فِي تَوْحِيدِ اللَّهِ وَالْمُظْهِرِينَ لِأَمْرِ اللَّهِ وَنَهْيِهِ وَعِبَادِهِ الْمُكْرَمِينَ اَلَّذِينَ لاَ يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُمْ بِأَمْرِهِ يَعْمَلُونَ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ
Salam olsun bəşəri Allaha doğru dəvət edənlərə, Allahın razılığına yol göstərənlərə, Allah əmrində sabitqədəm olanlara, Allaha eşq-məhəbbətdə kamil həddə çatanlara, Allah tövhidində ixlas sahiblərinə, Allahın əmr və qadağasını izhar edənlərə, Allahın əziz bəndələrinə! – O kəslərə ki, sözdə Allahdan qabağa keçmir və Onun əmrinə əməl edirlər. Onlara Allahın rəhmət və bərəkətləri olsun!
اَلسَّلامُ عَلَى الْأَئِمَّةِ الدُّعَاةِ وَالْقَادَةِ الْهُدَاةِ وَالسَّادَةِ الْوُلاَةِ وَالذَّادَةِ الْحُمَاةِ وَأَهْلِ الذِّكْرِ وَأُولِي الْأَمْرِ وَبَقِيَّةِ اللَّهِ وَخِيَرَتِهِ وَحِزْبِهِ وَعَيْبَةِ عِلْمِهِ وَحُجَّتِهِ وَصِرَاطِهِ وَنُورِهِ وَبُرْهَانِهِ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ
Salam olsun haqqa dəvət edən imamlara, hidayətçi rəhbərlərə, böyük vali və ilahi nümayəndələrə, dinin himayəçi və müdafiəçilərinə, Zikr (Quran) əhlinə və əmr sahiblərinə, Allahın yadigarları və məxsus seçilmişlərinə, Onun (qüdrətli) dəstəsinə, elminin xəzinəsinə, yetkin dəlillərinə, (haqq və aydın) yoluna, (parlaq) nuruna və (varlığının kamil) bürhanına! Onlara Allahın rəhmət və bərəkətləri olsun!...
Maide.Az - Maarif bölümü
https://t.me/MaideTV
💚
💞
2