
Maide.Az
June 11, 2025 at 06:02 AM
Qondarma "İran işi" ilə bağlı şərlənərək həbs edilən, siyasi məhbus ruhani Şeyx Sərdar Hacıhəsənlinin 3 ay müddətinə kamera tipli otağa (PKT ) keçirilməsi barədə qərar qəbul olunub.
Bu barədə Şeyx Sərdarın yaxınları Maide.Az -a məlumat verib.
Onların bildirdiyinə görə, Şeyx Sərdar 17 May 2025-ci il tarixindən Umbakı qəsəbəsində yerləşən qapalı tipli həbsxanadan 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Elə həmin gündən (17 may-8 iyun tarixləri arasında 4 dəfə - hər dəfə 5 gün, 3 gün və 7 günlük - "kars" (cərimə kamerasında) saxlanılır.) heç bir səbəb göstərilmədən, müxtəlif bəhanələrlə o, “kars”da (cərimə kamerasında) saxlanılır.
Qeyd edək ki, 2024-cü ildə 7 saylı Cəzaçəkmə Müəssisəsində 3 ay "kars"da (cərimə kamerasında) saxlanılan Şeyx Sərdar Hacıhəsənli həmin ilin May ayından 1 il müddətində qapalı tipli cəzaçəkmə müəssisəsi rejiminə köçürüldü. Şeyx Sərdar Hacıhəsənlinin 17 May 2025-ci il tarixində Umbakı qəsəbəsində yerləşən qapalı tipli həbsxanada 1 illik saxlanılması haqqında cəza müddəti başa çatdıqdan sonra, o, 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Elə həmin gündən sifarişlə Şeyx Sərdar bu müəssisədə 8 iyun tarixinədək “kars”da (cərimə kamerasında) saxlanılıb. 8 iyun tarixində Şeyx Sərdar Hacıhəsənlinin "kars" müddəti bitdikdən sonra 3 ay müddətinə kamera tipli otağa (PKT) keçirilməsi barəsində 3 aylıq qərar qəbul olunb. O, hazırda 1 saylı Cəzaçəkmə Müəssisəində kamera tipli otaqda (PKT) saxlanılır.
#şeyxsərdar #şeyxsərdaraazadlıq #şeyx_sərdara_azadlıq #vilayətməhbusu #vilayət_məhbusu
@MaideTV
😡
😢
😔
6