
OXU.AZ
June 8, 2025 at 10:40 AM
🇹🇷📞Türkiyəli iş adamı Acun Ilıcalı Azərbaycan yığmasının hücumçusu Mahir Emreliyə zəng edib.
O, Mahirə sahibi olduğu İngiltərə Çempionşip təmsilçisi “Hall Siti”də oynamağı təklif edib.
A.Ilıcalı futbolçuya bu transferdə israr edib. Mahir isə hələ ki, gözləməyi lazım bilib. Buna səbəb isə “Dinamo Zaqreb”də forvardın baş məşqçisi olmuş və ona kifayət qədər şans tanımayan Sergey Yakiroviçin “Hall Siti”yə təyin olunma ehtimalıdır.
Məhz bu səbəbdən Emreli gözləmək istəyir.
Eyni zamanda M.Emreliyə Bundesliqadan da iki təklif var. Belə ki, o, “Verder Bremen” və “Union Berlin”dən təklif alıb. Onun karyerasını harada davam etdirəcəyinə isə milli komandanın matçlarından sonra aydınlıq gələcək.

❤️
👍
🙏
4