OXU.AZ
OXU.AZ
June 8, 2025 at 06:30 PM
"Dünya çempionu olmaq sözlə ifadə olunmaz hisslərdir". Bunu minifutbol üzrə Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə deyib. "Ölkəmizdə keçirilən dünya çempionatında qalib gəlmək həqiqətən də qürurverici hissdir. Professional futbolçu keçmişim olduğundan azarkeşlərin mənə olan inamı daha çox idi və bu məndə əlavə məsuliyyət yaradırdı. Bir dəfə dünya çempionu olduq deyə dayanmaq yoxdur. Bundan sonra titulumuzu qorumağa, üçqat-dördqat dünya çempionu, Avropa çempionu olmağı arzulayırıq və bunun üçün çalışacağıq. Hazırda dincəlib çempionluğun və bu anın dadını çıxaracağıq. Təxminən bir ay sonra məşqlərə başlayacağıq", -deyə T.Xəlilzadə bildirib.
Image from OXU.AZ: "Dünya çempionu olmaq sözlə ifadə olunmaz hisslərdir".  Bunu minifutbo...
❤️ 👍 4

Comments