
OXU.AZ
June 9, 2025 at 05:41 AM
❗️❗️❗️ Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.
Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən "Kassap Döner" dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.
Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

😢
😮
5