
OXU.AZ
June 12, 2025 at 08:07 AM
🔴 Masallı rayonu, İsgəndərli kəndində baş vermiş dəhşətli qəza anbaan avtomobilin kamerasına yansıyıb.
Hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı maşın, sağ tərəfdən gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Kadrdan da aydın görünür ki, “VAZ-2106” markalı avtomobil işıqforun qırmızı işığında dayanmır və yüksək sürətlə hərəkət edir.
Nəticədə o, ara yoldan çıxan maşına çırpılır. Zərbənin təsirindən “VAZ-2106” markalı maşın ayırıcı maneəyə dəyərək aşır.
Qeyd edək ki, hadisə zamanı ciddi xəsarət halı baş verməsə də hər iki nəqliyyat vasitəsi sıradan çıxıb.
😮
2