AzadliqRadiosu

AzadliqRadiosu

84.4K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
June 12, 2025 at 03:37 PM
Azərbaycanda dini qaydalarla yönəldilən "Kərimə dövləti" qurmağa cəhddə suçlanan 13 nəfərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun çıxardığı hökmlə onlardan ikisinə - Faiq Zeynalovla İlham Şıxəliyevə 17 il həbs cəzası kəsilib. Qalan təqsirləndirilən şəxslərdən beş nəfər 16 il, daha beşi də 15 il 6 ay azadlıqdan məhrum edilib. Yalnız bir nəfər – Mir Vasif Əliyevə digərləriylə müqayisədə həbs edilərkən məktəbli olduğu üçün nisbətən az cəza verilib – 10 il. Onun 18 yaşı həbsdə olarkən tamamlanıb. Qanun suçlandığı cinayət baş verərkən yetkinlik yaşına çatmayan şəxsə 10 ildən yuxarı cəza kəsilməsini yasaqlayır. Təqsirləndirilən şəxslərə qarşı dövlətə xəyanət, dövlət xadiminin həyatına sui-qəsd, dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd, narkotik və başqa ittihamlar irəli sürülüb. Ətraflı: https://smarturl.click/8pxma
Image from AzadliqRadiosu: Azərbaycanda dini qaydalarla yönəldilən "Kərimə dövləti" qurmağa cəhdd...
👍 😮 🙏 12

Comments