AzadliqRadiosu

AzadliqRadiosu

84.4K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
June 13, 2025 at 05:56 PM
Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Kremlin məlumatına görə, o, İsrailin zərbələri nəticəsində həlak olanlarla əlaqədar İran rəhbərliyinə və xalqına başsağlığı verib. Pezeşkianla söhbətində Rusiya prezidenti Moskvanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu bildirib. Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə də danışıb. Kremldən verilən məlumata görə, Putin onunla söhbətində Rusiyanın İsrailin "BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan" hərəkətlərini pislədiyini vurğulayıb. Putin Netanyahuya münaqişədə vasitəçilik xidmətləri təklif edib. İsrail hökumətinin başçısının cavabı açıqlanmır.
Image from AzadliqRadiosu: Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian ara...
😂 👍 🇷🇺 🇮🇱 🇵🇸 👊 💩 16

Comments