
Azər iş
June 13, 2025 at 08:45 AM
Baş Anbardar tələb olunur
İşəgötürən: Esen Tekstil
İş yeri: Yeni Saray yolunun 1.5-ci kilometrində yerləşən ofisi (servis təmin edilmə).
Vəzifə öhdəlikləri:
Anbara daxil olan mal-materialların (parçaların, sapların, düymələrin və tikiş ləvazimatların) sayına düzgün nəzarət edilməsi,
Saxlanma rejiminə əməl olunması, qəbul sənədlərinin doğru-düzgün tərtib olunması; .
Anbara nəzarət edilməsi və idarə olunması.
Anbara mədaxil və məxaric olunan mal-materialların 1C proqramına işlənməsi.
Hazır məhsul anbarına mədaxil olunan məhsulların texniki baxışı və qeydiyyatının aparılması.
Malların mühasibatlıq uçotundan əlavə olaraq Anbardar tərəfindən uçotunun aparılması.
İstifadəyə yararsız, itmiş, xarab olmuş malların aktlaşdırılması
İllik inventarizasiya prosesinin təşkilində iştirak etmək
Avtomatlaşdırılmış informasiya sistemində anbar işinin təşkili;
Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasın təmin etmək;
Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı saxlanılması təmin etmək;
Namizədə tələblər:
Ali təhsil;
Anbar sahəsində ən azı 5 il iş təcrübəsi, Tekstil işində iş təcrübəsi arzu olunandır.
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
MS Office, Anbar 1C 8.3 proqramında sərbəst işləmək bacarığı;
Verilən tapşırıqları vaxtında və tam etməli.
Keyfiyyətli və öz işinə cavabdeh olmalı
Təhlükəsizlik qaydalarına əməl etməli
Anbar işinin təşkili qaydaları;
Digər aidiyyəti normativ sənədlər;
Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır;
Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq etməli;
Təlim və kurslar: Sertifikatların olması əlavə üstünlükdür
Azərbaycan dili - yazı və danışıq sərbəst;
Dürüstlük və Məsuliyyət;
İş qrafiki:
Əmək haqqı: Razılaşma yolu ilə
İş saatı: 8:00-dan 17:00-dək
Nahar vaxtı: 13:00 dan 14:00dəkdir.
Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Zəhmət olmasa CV göndərən zaman mövzu yerinə "ANBARDAR" sözünü yazın.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
3