
AR Elm və Təhsil Nazirliyi
June 12, 2025 at 03:42 PM
Elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi keçirilir.
Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22154-1
#elmvətəhsilnazirliyi #eduaz #azərbaycanmüəllimi #təhsiltv #müsabiqə
👍
❤️
❤
🖕
1⃣
1️⃣
😮
🤦♀
20