
HR asimos.az
May 21, 2025 at 09:35 AM
Şirkətinizdə rəhbər vəzifələrə kim gələcək? Bu sualın cavabı üçün düzgün plan qurun!
Rəhbər vəzifələr boşaldıqda, onları kim əvəz edəcək? Əgər bu suala hazır cavabınız yoxdursa, Succession Planning – yəni Kadr Ehtiyatı Planlaması sizin üçün vacibdir.
İdeal plan belə görünür:
1. İstedadların inkişafı – Təlim, rotasiya, karyera planlaması ilə işçiləri gücləndirin.
2. Potensial rəhbərlərin müəyyənləşdirilməsi – Araşdırmalar, testlər və müşahidə ilə yüksək potensiallı namizədləri seçin.
3. Rəhbərlik bacarıqlarının inkişafı – Daxili təlimlər, 360 dərəcə qiymətləndirmə, mentorluq və koçinq tətbiq edin.
4. Əvəzləyici qərar – Yalnız birbaşa tabe olanlara deyil, müxtəlif namizədlərə baxın. Şirkət rəhbərliyi də bu prosesdə iştirak etməlidir.
Bu model şirkətin davamlı uğurunu təmin etmək üçün vacibdir. Gözlənilməz vəziyyətlərdə panikaya düşməmək üçün hazırlıqlı olun!
❤️
👍
2