HR asimos.az
                                
                            
                            
                    
                                
                                
                                May 30, 2025 at 04:30 AM
                               
                            
                        
                            “Ali təhsilliyəm, amma fəhlə də mənimlə eyni maaşı alır” - deyə şikayət edən birini gördüm…
Amma heç düşünmüsən o fəhlə kimdir?
Bəlkə o insanın ali təhsil almaq imkanı olmayıb, valideyni olmayıb, şəraiti olmayıb, oxumağa dəstək olan heç kəsi olmayıb…
Hər kəs həyata eyni yerdən başlamır axı. 
Heç fikir vermisiniz o fəhlə hansı şəraitdə işləyir? Yağışda, istidə, toz-torpaq içində…
Əlləri çatlayır, yeməyini bəzən çirkli əllə yeyir, istirahətə normal vaxt tapmır…
📌 Maaş yalnız diplomla ölçülməməlidir.
İnsan əməyinin ağırlığı, çəkdiyi zəhmət, fiziki yüklənməsi də nəzərə alınmalıdır.
🧤 Fəhlənin də, ofisdə oturanın da normal maaş almaq haqqıdır.
Bu, sadəcə ədalətdir.
Empatiya qurmağı bacarsaq, cəmiyyət daha sağlam və hörmətli olar.
Unutma: hər kəsin əməyi dəyərlidir. ❤️
#empatiya #əməkhaqqı #ədalət #insanlıq
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👏
                                        
                                    
                                        
                                            🎃
                                        
                                    
                                        
                                            😔
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                    
                                        35