
İşə Qəbul və Karyera inkişafı
June 4, 2025 at 08:34 AM
İnsan Resursları Şöbəsi üzrə Menecer 🔻
Əmək Haqqı: *1500-2000 AZN*.
Vəzifə öhdəlikləri:
· Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi.
· İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət.
· İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması.
· İR büdcəsinin tərtib olunması və icrasının izlənməsi.
· Şirkət strukturunun formalaşdırılması və optimal idarə olunması.
· İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması.
· İş analizlərinin təşkili və həyata keçirilməsi.
· Vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsi.
· Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi.
· Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla).
· İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi.
· Karyera planlaması və inkişafı üzrə proqramların hazırlanması, əməkdaşların inkişaf yolunun müəyyən edilməsi.
· Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması.
· DMA layihəsi ilə bağlı lazım olduğu təqdirdə təlimçilərin işə cəlb olunması, müdavinləri (təlimə gələn tələbələri) seçib təlimə götürülməsi prosesi və məzun olanları sürətli şəkildə işə düzəlməsini təmin etmək.
Tələblər:
İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
İnsan Resurslarının idarə edilməsi sahəsində azı 3-5 il iş təcrübəsi.
İşə qəbul prosesləri və metodları üzrə yüksək bilik və təcrübə.
Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl səviyyədə bilməli.
İş fəaliyyətini mövcud qanunvericilik və daxili qaydalara uyğun təşkil etmək bacarığı.
Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları.
Məsuliyyətli, obyektiv və etibarlı yanaşma.
Məxfi məlumatların qorunması və etik prinsiplərə riayət.
Planlı və nəticəyönümlü iş yanaşması, operativlik.
Vaxtın idarə edilməsi və tapşırıqların effektiv şəkildə prioritetləşdirilməsi.
Komandada işləmə bacarığı və liderlik keyfiyyətləri.
Dəyişkən mühitlərə uyğunlaşma və innovativ yanaşmalar təqdim edə bilmək.
MS Office proqramlarında (xüsusilə Excel, Word, PowerPoint, Outlook) sərbəst işləmə bacarığı.
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, İngilis dili biliyi üstünlük sayılır.
Restoran və iaşə sahəsində təcrübəyə malik olmaq əlavə üstünlükdür.
İş barədə:
· İş rejimi: Həftə içi 6 gün.
· Nahar şirkət tərəfindən verilir.
· *Əmək Haqqı: 1500-2000 AZN.*
Tələblərə cavab verən namizədlər öz CV-lərini “İnsan Resursları Şöbəsi üzrə Menecer-1” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər
👍
1