HR asimos.az
HR asimos.az
June 5, 2025 at 02:07 PM
*HR İşə qəbul üzrə mütəxəssis* Şirkətin işçi ehtiyacı tələbinin müəyyən olunması, işə qəbul prosesinin təşkili və koordinasiyası; Daxil olan Vakansiya tələbinə əsasən işçi ehtiyacının təhlili; Vakansiya elanlarının hazırlanması və müxtəlif platformalarda yerləşdirməsi (işədüzəltmə portalları, sosial və peşəkar şəbəkələr (məs. Linkedln)) və s.; CV-lərin screeningi, namizədlərin short listinin haızrlanması və ilkin müsahibənin keçirilməsi; Müsahibələrin online və ya offline təşkili, referansların alınması; Ehtiyac olarsa, namizədlər üçün test mərhələnin keçirilməsi, ilkin seçimi və müvafiq struktur bölməyə yönləndirilməsi; Yeni işə qəbul texnikalarının tətbiqi və işə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər verilməsi; İş təklifinin göndərilməsi və müsahibə nəticələri barədə digər namizədlərin məlumatlandırılması; Yeni işə qəbul olunan işçilərin sənədləri və məlumatlarını müvafiq şöbələrə təqdim edilməsi; Adaptasiya və Orientasiya proqramlarının hazırlanması,tətbiqi, sınaq müddətlərinin izlənilməsi; Strukturlar üzrə təlim ehtiyaclarının müəyyən edilməsi və təlimin təşkilini həyata keçirmək; İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması və İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi. _Tələb olunan fərdi və funksional keyfiyyət meyarları_ > İşə qəbul üzrə (Recruitment) 2 il iş təcrübəsi qida və ya qonaqpərvərlik sektoru üstünlükdür). > MS Office proqramlarında sərbəst işləmək bacarığı, əsasən Excell > Headhunting bacarığlı; > Müsahibələri sərbəst təşkil etmək; _İş şəraiti:_ > İş qrafiki: I-V günlər, tam iş vaxtı. > Əmək haqqı: müsahibə əsasında > Nahar: Şirkət tərəfindən aylıq ödənilir. > Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir. > Ünvan: Bakı şəhəri, Babək Plaza. Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Comments