HR asimos.az
                                
                            
                            
                    
                                
                                
                                June 10, 2025 at 07:45 AM
                               
                            
                        
                            VAKANSİYA: Baş Mühasib
Şirkət: “Real-İnşaat” MMC
Sahə: Tikinti və Layihələndirmə
İş yeri: Bakı şəhəri, Binəqədi rayon, Svetlana Məmmədova küçəsi
İş rejimi: Tam ştat, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
·        • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılması
·        • Tikinti layihələrinin maliyyə hesabatlarının hazırlanması və xərclərin təhlili
·        • Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim edilməsi
·        • Elektron qaimə-fakturaların, VHF-lərin və digər elektron sənədlərin düzgün tərtib olunması
·        • Əməkhaqqı, məzuniyyət, ezamiyyət və digər hesablamaların aparılması
·        • Auditorlar və yoxlama orqanları ilə əlaqələrin qurulması və sorğuların cavablandırılması
·        • Maliyyə axınının nəzarətdə saxlanması və aylıq hesabatların rəhbərliyə təqdim olunması
Tələblər:
·        • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə)
·        • Tikinti sahəsində minimum 3 illik iş təcrübəsi
·        • Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsini yüksək səviyyədə bilmək
·        • "1C 8.3", MS Excel və digər mühasibat proqramlarında işləmək bacarığı
·        • Dəqiqlik, məsuliyyət, analitik düşüncə və komanda ilə işləmə bacarığı
·        • Sertifikatların (məsələn, ACCA, CİPT) olması üstünlükdür
Təklif olunur:
·        • Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunacaq)
·        • Stabil və peşəkar kollektiv
·        • Karyera yüksəlişi və inkişaf imkanları
·        • Rəsmi əmək müqaviləsi və tam sosial paket
 📧 Müraciət qaydası:
 CV-lərinizi [email protected]  ünvanına “Baş Mühasib – Tikinti” başlığı ilə göndərməyiniz xahiş olunur.
 Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq