İşə Qəbul və Karyera inkişafı
İşə Qəbul və Karyera inkişafı
June 10, 2025 at 08:24 AM
*”Daxili nəzarət üzrə mütəxəssis”* *Vəzifə funksiyaları:* • Maliyyə və təsərrüfat sənədlərinin təhlili və yoxlanması; • Əsas sənədlərin (fakturalar, göndərişlər, aktlar, müqavilələr və s.) düzgünlüyünün və tamlığının yoxlanması; • Sənədlərin daxili siyasətə və qanunvericiliyə uyğunluğunun təmin edilməsi; • Büdcə limitlərinə və maliyyə intizamına nəzarət; • Təsdiqlənmiş büdcələrin icrasının monitorinqi; • Büdcə pozuntularının təhlili və rəhbərliyə tövsiyələrin hazırlanması; • Təsərrüfat əməliyyatlarının qanuniliyi və əsaslandırılmasının yoxlanması; • Əməliyyatların daxili qaydalara və qanunlara uyğunluğunun qiymətləndirilməsi; • Mühasibat uçotunda əməliyyatların düzgün əks olunmasına nəzarət; • Daxili auditlərin və yoxlamaların keçirilməsi; • Müxtəlif şöbələrin fəaliyyətinin yoxlanılması və daxili auditlərin təşkili; • Yoxlama nəticələri üzrə hesabatların hazırlanması və aşkar olunan nöqsanların aradan qaldırılmasına nəzarət; • Maliyyə şöbəsi və digər şöbələrlə əməkdaşlıq; • Məlumat mübadiləsinin əlaqələndirilməsi və şəffaflığın təmin edilməsi; • İşçilərə daxili nəzarət məsələləri üzrə məsləhətlərin verilməsi; • Daxili nəzarət prosedurlarının hazırlanması və təkmilləşdirilməsi; • Daxili siyasətlərin, qaydaların və təlimatların hazırlanması, yenilənməsi və tətbiqi; • İşçilərin daxili nəzarət sahəsində təlimlərinin keçirilməsi; • Hesabatların tamlığı və vaxtında təqdimatına nəzarət; • Maliyyə və vergi hesabatlarının düzgünlüyünün yoxlanması; • Xarici yoxlamalar və auditlər üçün sənədlərin hazırlanmasında iştirak; • Risklərin idarə olunması və pozuntuların qarşısının alınması; • Maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi; • Risklərin azaldılması üçün tədbirlərin hazırlanması və tətbiqi; • Daxili proseslərin təhlili və təkmilləşdirilməsi; • Biznes proseslərində zəif məqamların aşkar edilməsi; • Effektivliyin və təhlükəsizliyin artırılması üçün təkliflərin verilməsi. *Tələblər:* • Maliyyə, Mühasibatlıq, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; • Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət işində ən azı 1-2 il iş təcrübəsi; • Audit metodologiyaları və daxili nəzarət işləri üzrə biliklər; • Maliyyə təhlili, risk qiymətləndirilməsi və uyğunluq yoxlamaları üzrə bacarıqlar; • Maliyyə uzlaşmaları, anbar yoxlamaları və digər proseslərin aşkar edilməsi; • Problem həll etmə, analitik və araşdırma bacarıqları; • Aşkar olunanları və müvafiq tövsiyələri rəhbərliyə effektiv şəkildə çatdırmaq bacarığı; • Diqqətcil yanaşma və yüksək etik standartlar; • Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı; • Dil bilikləri : Azərbaycan dili sərbəst, Rus dili sərbəst, İngilis dili arzuolunan *İş şərtləri:* • İş qrafiki: Tam iş günü (5 gün); • İş saatları: 09:00-18:00; • İş yeri: Bakı • Əmək haqqı: Müsahibə əsasında Göstərilən tələblərə cavab verən və iş üçün müraciət edən şəxslərin cv-lərini mövzu hissəsinə *“Daxili nəzarət üzrə mütəxəssis”* yazaraq [email protected] ünvanına göndərməlrini xahiş edirik.

Comments