İşə Qəbul və Karyera inkişafı
İşə Qəbul və Karyera inkişafı
June 13, 2025 at 09:41 AM
*İnsan Resursları üzrə mütəxəssis* VƏZİFƏ ÖHDƏLİKLƏRİ: > ƏMAS sisteminin idarə edilməsi. Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi. İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi. İşçilərin vəzifə, maaş və digər əsas göstəricilərində dəyişikliklərin vaxtında sistemə daxil edilməsi. ƏMAS sistemində yaranan problemlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılması. Sistemdə edilən yenilikləri izləmək və tətbiq etmək. İşə qəbul və işdən çıxma proseslərinin idarə edilməsi. Yeni işçilərin əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sisteminə daxil edilməsi. İşdən çıxan işçilərin əmək müqavilələrinin sistemdə ləğv edilməsi və qanunvericiliyə uyğun sənədləşmə aparılması. İşçi qəbulu və işdən çıxma ilə bağlı ƏMAS-dan hesabatların çıxarılması və rəhbərliyə təqdim edilməsi. Sınaq müddətində olan işçilərin müqavilə müddətinin izlənilməsi və zəruri tədbirlərin görülməsi. Məzuniyyətlərin idarə edilməsi və proqramda işlənməsi. İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyata alınması və təsdiqlənməsi. Xəstəlik vərəqələri və ödənişli / ödənişsiz məzuniyyətlərin sistemdə düzgün qeydiyyata alınması. Ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər halların ƏMAS sistemində əks etdirilməsi. İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqramda işlənməsi. Məzuniyyətlərin qanunvericiliyə uyğun verilməsinin təmin edilməsi və müvafiq sənədlərin hazırlanması. Məzuniyyət balanslarını izləmək və işçilərə məlumat vermək. Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi Əmək qanunvericiliyinə əsasən ƏMAS sistemində düzgün əməliyyatların aparılması Əmək müqavilələrinin qanunvericiliyə uyğun tərtib olunmasına və sistemdə düzgün qeydiyyata alınmasına nəzarət Dövlət orqanları tərəfindən tələblərə uyğun sənədlərin təqdim edilməsi Hesabatların hazırlanması və analitika > ƏMAS sistemindən işçi sayı, işə qəbul, işdən çıxma və digər göstəricilərlə bağlı hesabatların hazırlanması. HR departamenti və rəhbərlik üçün mütəmadi analitik məlumatların təqdim edilməsi. İşçi müqavilələrinin müddətinin izlənilməsi və vaxtında yenilənməsinin təmin edilməsi. HR komandası və işçilərlə əlaqə. İşçilərin ƏMAS sistemi ilə bağlı sorğularının cavablandırılması və dəstək göstərilməsi. HR komandası ilə əməkdaşlıq edərək digər HR proseslərində iştirak etmək. ƏMAS sisteminin istifadəsi ilə bağlı daxili təlimlərdə iştirak və ya təşkil etmək TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR: > ƏMAS sistemi ilə iş təcrübəsi və ya öyrənməyə hazırlıq. Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətləri üzrə biliklər. HR sahəsində təcrübə (işə qəbul, müqavilə idarəetməsi, sənədləşmə və s.). Microsoft Office proqramları, xüsusilə Excel və Word üzrə biliklər. Dəqiqlik, məsuliyyətlilik və məlumatların məxfiliyinə riayət etmək. Analitik düşünmə və hesabatlarla işləmə bacarığı İş şəraiti: > İş yeri: Sumqayıt şəhəri İmtiyazlar: Telefon,nahar,şəhərin 3 istiqamətində servis xidməti İş günü: həftədə 5 gün (09:00-18:00) Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Comments