
İşə Qəbul və Karyera inkişafı
June 14, 2025 at 06:40 AM
*Vakansiya: Təlim üzrə kiçik mütəxəssis*
Şirkət: Bravo supermarketlər şəbəkəsi
Öhdəliklər:
* Şirkətdə vəzifələrlə bağlı təlim ehtiyaclarının müəyyən edilməsində iştirak etmək, təlim matrisinin hazırlanması üzərində işləmək;
* Təlimin konsepsiyasının və məzmununun işlənib hazırlanmasında iştirak etmək, təyin olunmuş təlimləri keçirmək;
* Təlim vərəqələri, təlimat materialları, vasitələr və kitabçalar hazırlamaq və ya hazırlıq prosesinə nəzarət etmək;
* Proseslərdə baş verən dəyişikliklərin davam edən proqramlarda əks olunduğunu təmin etmək;
* Keçirilmiş təlim proqramları ilə əlaqəli bütün məlumat bazalarına müvafiq məlumatları zamanında daxil etmək
* Təlim və inkişaf fəaliyyəti ilə bağlı müvafiq hesabatları hazırlamaq;
* Vəzifə dəyişikliyi zamanı təlim prosesi ilə əlaqəli qeydləri yoxlamaq və dəyişikliklərin uyğunluğuna nəzarət;
* Bütün zəruri resursların, o cümlədən materialların əvvəlcədən təlim üçün hazırlanması;
* İşçilərin təlim və inkişafında yeni trend və vasitələrdən xəbərdar olmaq;
* Şirkət Siyasətlərinin və Standart Əməliyyat Prosedurlarının hər zaman izlənildiyini və onlara əməl olunduğunu təmin etmək.
Tələblər
* İnsan Resursları üzrə ümumi təcrübələrin başa düşülməsi;
* İctimai nitq / təlim keçirilməsi üzrə özünə inama sahib olmaq;
* Layihələri əlaqələndirmə qabiliyyətinə malik olmaq;
* Yüksək ünsiyyət bacarıqları;
* Analitik düşünmə və problem həll etmə bacarığı;
* Vaxtın idarə edilməsi;
* Komandada çalışma bacarığı;
* Emosional zəka;
* Yaradıcı düşünmə;
* Təşəbbüskarlıq;
* Azərbaycan dili üzrə səlist, İngilis dili üzrə orta səviyyədə biliklərə sahib olmaq. Rus dil biliyi üstünlük təşkil edir.
* MS Office proqramlarını bilmək: Outlook, Power Point, Word.
Müraciət etmək üçün: [email protected]