
İşə Qəbul və Karyera inkişafı
June 16, 2025 at 07:56 AM
İş Yoldaşlarına bunları etmə!
Komanda mədəniyyəti kiçik addımlarla başlayır...
🔇 1. WhatsaApp-da səsli mesaj atmayın
– Xüsusilə qrupda. Qısa yazmaq daha etikdir. Vaxt hər kəs üçün dəyərlidir.
➕ 2. İcazəsiz heç kimi qruplara əlavə etməyin
– Əvvəlcədən soruşun. Qrupa əlavə olunmaq da razılıq tələb edir.
👜 3. Başqasının əşyasından icazəsiz istifadə etməyin
– Bu sadəcə əşya deyil, hörmət məsələsidir.
🤷♂️ 4. “Bilmirəm” deyib məsuliyyətdən qaçmayın
– Bilmirəmsə, öyrənərəm. Komandada inkişaf etmə mədəniyyəti olmalıdır.
🧍 5. Kiminsə uğuruna susmayın – dəstək olun!
– “Bravo”, “Əhsən” demək heç nə aparmır. Amma çox şey qazandırır.
📢 6. Qeyri-etik zarafat etməyin
– Zarafat incitməməlidir. Qəribə “yumorlar” komandaya zərər vurur.
🕒 7. Gecikməni normallaşdırmayın
– Gecikmək bir nəfərlik səhv deyil, komandaya təsir edən vərdişdir.
🙅♀️ 8. Kollektivdə qeybət etməyin
– Gəlin tənqid yerinə təklif verək, danışmaq əvəzinə dinləyək.
🎯 9. Başqasının əvəzinə məsuliyyəti üzərinə götürməkdən çəkinməyin
– “Bu mənlik deyil” demək komandanı zəiflədir.
📚 10. Paylaşmamaq – ən böyük itkidir
– Bilik, təcrübə və informasiya komandada paylaşılmalıdır. Bu birlik yaradır.
🎯 Son olaraq nəticə: Lider olmaq üçün vəzifə artımını, maaş yüksəlişini gözləməyə ehtiyac yoxdur. Sadəcə bu qaydalara əməl etməyiniz kifayətdir. Ən zəif rəhbər belə etik davranışları olan əməkdaşa rəğbət bəsləyir – çünki hər komandada korporativ mədəniyyətin daşıyıcısı olacaq birinə ehtiyac var.
❤️
1