AzadliqRadiosu

AzadliqRadiosu

83.7K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
June 16, 2025 at 10:12 AM
Azərbaycan Xalq Partiyasının sədri səlahiyyətlərini həmin partiyanın sədr müavini Qiyas Sadıqov icra edəcək. Bu barədə iyunun 16-da həmin partiyanın sədri Pənah Hüseyn sosial şəbəkədəki hesabından bildirib. O, sosial hesabında sərəncamının mətnini yayıb. Pənah Hüseyn daha sonra yerli mediaya açıqlamasında qeyd edib ki, o, partiyalarının sədri olaraq qalır. “Bu addım istefa anlamına gəlmir və sadəcə olaraq, içərisində olduğum prosesdə fəal iştirak etmək məqsədilə atılıb. Yeni sədrin seçilməsinə gəlincə, nizamnaməyə uyğun olaraq, bu, partiyanın qurultayında həll olunması nəzərdə tutulan məsələdir", – o bildirib. Siyasətçi "içərisində olduğu siyasi proseslər" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb. Keçmiş baş nazir Pənah Hüseynin hələ ötən ilin sentyabrında partiya sədrliyindən istefa verə biləcəyi barədə xəbərlər yayılmışdı. Bu, parlament seçkilərindən, P.Hüseynin parlamentə düşməsinin mümkün olmadığı bəlli olduqdan sonra gündəmə gəlmişdi.
Image from AzadliqRadiosu: Azərbaycan Xalq Partiyasının sədri səlahiyyətlərini həmin partiyanın s...
😂 👍 😢 8

Comments