AzadliqRadiosu

AzadliqRadiosu

83.9K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
June 16, 2025 at 02:31 PM
Azərbaycanın İrandakı səfirliyi əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ilkin olaraq ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub. AZƏRTAC-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, İrandakı səfirlik və Təbriz şəhərindəki Baş konsulluq, habelə İsraildəki səfirlik Azərbaycan vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirərək zəruri tədbirlər görürlər. Amma A.Hacızadə indiyə kimi nə qədər Azərbaycan vətəndaşının müraciət etdiyini açıqlamayıb. İran Azərbaycanla qonşu ölkədir. Koronavirus pandemiyası səbəb göstərilərək 2020-ci ilin yazında Azərbaycanın quru sərhədində qonşu ölkələrlə gediş-gəliş məhdudlaşdırılıb. 2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını bəyan etsə də, sərhəddə məhdudiyyətlər götürülməyib.
Image from AzadliqRadiosu: Azərbaycanın İrandakı səfirliyi əməkdaşlarının ailə üzvləri də daxil o...
👍 ❤️ 🇮🇷 🙏 7

Comments