
AzadliqRadiosu
June 17, 2025 at 01:10 PM
İyunun 16-da Kürdəmir rayonunun Sığırlı kəndinin bir qrup sakininin polis zorakılığına etiraz olaraq etiraz aksiyası keçirdiyi deyilir.
Yerli sakinlərin iddiasına görə, onlar qısa müddətə Bakı-Qazax magistral avtomobil yolunu bağlayıblar.
Vurğulandığına görə, aksiya iştirakçıları yol kənarlarında kiçik ticarətlə məşğul olmalarına maneə yaradılmasından, onlardan "haqq" istənməsindən şikayətləniblər. "Rayon icra başçısı və prokuror etirazçılarla görüşüb, məsələnin araşdırılacağı ilə bağlı söz veriblər", - sakinlər söyləyirlər.
Hələlik, yayılan bütün bu məlumatlara rayon icra hakimiyyəti və polis şöbəsindən münasibət almaq mümkün olmayıb.
Amma bir sıra yerli saytlarda Daxili İşlər Nazirliyinə (DİN) istinadla məlumat yayılıb ki, iyunun 16-da polis əməkdaşları Kürdəmir rayonu Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısını alıblar.

👍
😂
😮
❤️
🇵🇸
💩
❤
🇮🇱
😢
🙏
23