
AzadliqRadiosu
June 18, 2025 at 11:55 AM
Rusiyanın iyunun 16-dan 17-nə keçən gecə Kiyev və digər Ukrayna şəhərlərinə genişmiqyaslı raket və dron hücumu nəticəsində paytaxtda azı 16 nəfər həlak olub, 150-dən çox insan yaralanıb. Bu, 2022-ci ilin fevralında başlayan genişmiqyaslı işğaldan bəri ən ölümcül hücumlardan biri sayılır.
Ukrayna rəsmiləri 18 iyunu matəm günü elan ediblər. Prezident Volodimir Zelenski bu hücumu müharibə zamanı paytaxta edilən ən dəhşətli hücumlardan biri adlandırıb. Rəsmilər bildiriblər ki, Kiyevdə həlak olan 16 nəfərlə yanaşı, Odessada da iki nəfər ölüb.
Daha ətraflı - https://smarturl.click/ggw4D
🇵🇸
1⃣
🎀
😢
🙏
🤦♀
7