AzadliqRadiosu
                                
                                    
                                        
                                    
                                
                            
                            
                    
                                
                                
                                June 19, 2025 at 01:29 PM
                               
                            
                        
                            Jurnalistləri Müdafiə Komitəsi "AbzasMedia" jurnalistlərinin siyasi təqibinə son qoymağa çağırır. Qurumun Avropa və Orta Asiya bölməsi iyunun 20-də jurnalistlərə gözlənən hökm öncəsi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, prokuror AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə daxil olmaqla yeddi jurnalistlə üst-üstə 80 il həbs cəzası istəyib.
"Onların işi üzrə gözlənən hökm Azərbaycanın müstəqil medianı əzməsinə dair hökm olacaq", – bunu CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Said deyib.
"Oxşar ittihamlarla 20-dək jurnalistin həbsdə olduğu bir vaxtda beynəlxalq ictimaiyyət aydın şəkildə bildirməlidir ki, Azərbaycan media mənsublarını kütləvi şəkildə həbsə göndərərsə, onun üçün heç nə əvvəlkitək getməyəcək", – o bildirib.
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            😡
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                    
                                        2