DÖVLƏT İMTAHAN MƏRKƏZİ
June 13, 2025 at 09:13 AM
Teatr, kino və xoreoqrafiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi bu gün 23:59-dək davam edəcək.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur.
Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
👍
❤️
😢
🙏
😂
😮
39