
DÖVLƏT İMTAHAN MƏRKƏZİ
June 14, 2025 at 07:18 AM
20 iyun 2025-ci il tarixindən etibarən ali təhsil pilləsinin İdman istiqamətinin 62-ci komissiyası və Təsviri sənət istiqamətinin 14-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək.
İdman istiqaməti üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda və Azərbaycan İdman Akademiyasında 62 və 63-cü komissiyalar, Tovuz Olimpiya İdman Kompleksində 63-cü komissiya, Təsviri sənət istiqaməti üzrə 14 və 15-ci komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər 14 iyun tarixindən etibarən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən (https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login) çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.
Qeyd: İmtahana buraxılış vərəqələri imtahan tarixləri və komissiyalar üzrə mərhələli şəkildə (imtahana ən az 5 gün qalmış) abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrinə yerləşdiriləcək.

👍
❤️
🙏
😢
😂
😮
50