
Ramil Qubalı
May 22, 2025 at 08:18 AM
*İmam Şafei, Fiqhi və Üsulu*
فَصْلُ: النِّيَّةُ ثَلَاثُ دَرَجَاتٍ: إِنْ كَانَتِ الصَّلَاةُ فَرْضًا وَجَبَ قَصْدُ الْفِعْلِ وَالتَّعْيِينِ وَالْفَرْضِيَّةِ، وَإِنْ كَانَتْ نَافِلَةٌ مُوَقَّتَةٌ كَرَاتِبَةٍ أَوْ ذَاتِ سَبَبٍ وَجَبَ قَصْدُ الْفِعْلِ وَالتَّعْيِينِ، وَإِنْ كَانَتْ نَافِلَةٌ مُطْلَقَةٌ وَجَبَ قَصْدُ الْفِعْلِ فَقَطْ، الْفِعْلُ أُصَلِّي، وَالتَّعْيِينُ ظُهْرًا أَوْ عَصْرًا ، وَالْفَرْضِيَّةُ فَرْضًا.
27. Fəsl: Niyyət Üç Dərəcədir
1) Əgər qılınan namaz fərz namazdırsa, bu zaman üç şey niyyət edilməlidir:
a) Feli qəsd etmək: (Yəni, insan namaz qılmaq niyyətini ürəyindən deməlidir),
b) Təyin etmək: (Yəni, namazın növünü bildirmək. Məsələn, zöhr namazı, əsr namazı və s. olduğunu qeyd etmək),
c) Fərziyyəti bildirmək: (Yəni, qıldığı namazın fərz olduğunu niyyət etmək).
2) Əgər qılınan namaz müəyyən vaxtı olan (müvəqqəti) bir nafilə namazıdırsa, məsələn, ratibə (fərz namazlarından əvvəl və ya sonra qılınan sünnət namazları) və ya səbəbi olan (məsələn, təhiyyətül-məscid – məscidə daxil olarkən qılınan namaz) nafilə namazlarıdırsa, bu zaman iki şey niyyət edilməlidir:
a) Feli qəsd etmək,
b) Təyin etmək.
3) Əgər qılınan namaz mütləq (qeyd-şərtsiz) nafilə namazıdırsa, bu zaman yalnız bir şey niyyət edilməlidir:
a) Feli qəsd etmək: (Yəni, xüsusi bir növünü və ya səbəbini təyin etməyə ehtiyac yoxdur, sadəcə namaz qılmaq niyyəti bəs edir).
Mənbə: Şeyx Salim ibn Səmir Həzrəmi əş-Şafei, "Səfinətu-n Nəcat", (Məktəbətu-s Siqafə nəşriyat).