
Ramil Qubalı
May 23, 2025 at 09:44 AM
*İmam Şafei, Fiqhi və Üsulu*
فَضْلُ: شُرُوطُ تَكْبِيرَةِ الْإِحْرَامِ خَمْسَةَ عَشَرَ: أَنْ تَقَعَ حَالَةَ الْقِيَامِ فِي الْفَرْضِ، وَأَنْ تَكُونَ بِالْعَرَبِيَّةِ، وَأَنْ تَكُونَ بِلَفْظِ الْجَلَالَةِ وَبِلَفْظِ أَكْبَرُ، وَالتَّرْتِيبُ بَيْنَ اللَّفْظَيْنِ، وَأَنْ
لَا يَمُدَّ هَمْزَةَ الْجَلَالَةِ وَعَدَمُ مَدِّ بَاءِ أَكْبَرُ ، وَأَنْ لَا يُشَدِّدَ الْبَاءَ وَأَنْ لَا يَزِيدَ وَاوًا سَاكِنَةً أَوْ مُتَحَرِّكَةً بَيْنَ الْكَلِمَتَيْنِ، وَأَنْ لَا يَزِيدَ وَاوًا قَبْلَ الْجَلَالَةِ، وَأَنْ لَا يَقِفَ بَيْنَ كَلِمَتَيِ التَّكْبِيرِ وَقْفَةً طَوِيلَةً وَلَا قَصِيرَةً، وَأَنْ يُسْمِعَ نَفْسَهُ جَمِيعَ حُرُوفِهَا، وَدُخُولُ الْوَقْتِ فِي الْمُؤَقَّتِ، وَإِمَامُهُ حَالَ الِاسْتِقْبَالِ، وَأَنْ لَا يُخِلَّ بِحَرْفٍ مِنْ حُرُوفِهَا، وَتَأْخِيرُ تَكْبِيرَةِ الْمَأْمُومِ عَنْ تَكْبِيرَةِ الْإِمَامِ.
28. Fəsl: Ehram Təkbirinin (namaza başlama təkbirinin) on beş şərti var:
1) Qiyam halında (ayaq üstə) olması,
2) Ərəb dilində olması,
3) "Cəlal" (Allah ləfzi) və "Əkbər" ləfzi ilə olması,
4) İki ləfz arasında tərtib: ("Allah" kəlməsi "Əkbər" kəlməsindən əvvəl gəlməlidir),
5) Cəlal ləfzinin həmzəsini uzatmamaq: ("Allah" sözünün əvvəlindəki "Əlif" (أ) hərfi uzadılmamalıdır (məsələn, "Aallahu" kimi deyilməlidir)),
6) "Əkbər"in "bə" hərfinin uzatılmaması: ("Əkbər" sözündəki "bə" (ب) hərfi uzadılmamalıdır (məsələn, "Əkbəər" kimi deyilməlidir)),
7) "Bə" hərfinin şiddətlənməməsi: ("Əkbər" sözündəki "bə" (ب) hərfi təşdidsiz, yəni ikiqat oxunmadan tələffüz edilməlidir),
8) İki kəlmə arasında sakin və ya hərəkəli vav hərfi artırmamaq: (Yəni, "Allahu Əkbər" arasında "və" (و) hərfi əlavə olunmamalıdır (məsələn, "Allahu Və Əkbər" kimi deyilməməlidir)),
9) Cəlal (Allah) ləfzindən əvvəl vav hərfi artırmamaq: (Yəni, "Allah" kəlməsindən əvvəl "və" (و) hərfi əlavə olunmamalıdır (məsələn, "Və Allahu Əkbər" kimi deyilməməlidir)),
10) Təkbirin iki kəlməsi arasında uzun və ya qısa fasilə verməmək: ("Allahu" deyib dayanıb sonra "Əkbər" demək olmaz, kəlmələr ardıcıl deyilməlidir),
11) Bütün hərflərini özünə eşitdirmək: (Ehram Təkbirini özü eşidəcəyi şəkildə tələffüz etmək vacibdir),
12) Müəyyən vaxtlı namazlarda vaxtın daxil olması: (Vaxtı müəyyən edilmiş namazlarda (məsələn, zöhr, əsr, məğrib, işa, sübh) Ehram Təkbirini vaxt daxil olmadan demək olmaz),
13) İmamın qibləyə tərəf olması: (Əgər camaatla namaz qılınırsa, imamın qibləyə tərəf dayanması Ehram Təkbirinin şərtlərindəndir),
14) Hərflərindən heç birini əskiltməmək,
15) Məmumun (camaatla qılanın) təkbirinin imamın təkbirindən sonra olması.
Mənbə: Şeyx Salim ibn Səmir Həzrəmi əş-Şafei, "Səfinətu-n Nəcat", (Məktəbətu-s Siqafə nəşriyat).