
Ramil Qubalı
May 24, 2025 at 06:57 AM
*Şafei Fiqhi*
٢٩. فَصْلُ: شُرُوطُ الْفَاتِحَةِ عَشَرَةُ: التَّرْتِيبُ، وَالْمُوَالَاةُ، وَمُرَاعَاةُ حُرُوفِهَا وَمُرَاعَاةُ تَشْدِيدَاتِهَا، وَأَنْ لَا يَسْكُتَ سَكْتَةً طَوِيلَةً وَلَا قَصِيرَةً يَقْصِدُ بِهَا قَطْعَ الْقِرَاءَةِ، وَقِرَاءَةُ كُلِّ آيَاتِهَا، وَمِنْهَا الْبَسْمَلَةُ وَعَدَمُ اللَّحْنِ الْمُخِلِّ بِالْمَعْنَى، وَأَنْ تَكُونَ حَالَةُ الْقِيَامِ فِي الْفَرْضِ، وَأَنْ يُسْمِعَ نَفْسَهُ الْقِرَاءَةَ، وَأَنْ لَا يَتَخَلَّلَهَا ذِكْرٌ أَجْنَبِيٌّ.
29. Fəsil: Fatihənin Şərtləri Ondur:
1) Tərtib (ardıcıllıq): (Yəni, ayələrin yerini dəyişmək olmaz),
2) Müvalat (ard-ardına oxumaq): (Bir ayə bitdikdən sonra dərhal digər ayəyə keçmək lazımdır),
3) Hərflərə riayət: (Bütün hərflər düzgün tələffüz edilməlidir),
4) Şəddələrə riayət: (Surədəki bütün şəddələr düzgün şəkildə oxunmalıdır),
5) Kəsmək niyyəti ilə oxunuşu saxlamaq: (Əgər qiraəti kəsmək niyyəti ilə fasilə verilərsə, Fatihənin oxunuşu səhih sayılmaz),
6) Bütün ayələri oxumaq: (Bəsmələ daxil),
7) Mənaya xələl gətirən səhvlər etməmək,
8) Fərz namazda ayaq üstə olmaq: (Fərz namazları qılarkən Fatihə surəsini ayaq üstə oxumaq şərtdir),
9) Qiraəti özünə eşitdirmək: (Fatihə surəsini oxuyarkən səsi özü eşidə biləcək səviyyədə çıxarmaq şərtdir),
10) Arasına yad bir zikr qatılmamaq: (Fatihə surəsi oxunarkən arasına namaza aid olmayan kəlmələr və ya zikrlər qatmaq olmaz).
Mənbə: Şeyx Salim ibn Səmir Həzrəmi əş-Şafei, "Səfinətu-n Nəcat", (Məktəbətu-s Siqafə nəşriyat).