Axar.az
                                
                            
                            
                    
                                
                                
                                June 11, 2025 at 08:54 AM
                               
                            
                        
                            ▶️İyunun 15-də start götürəcək Klublararası dünya çempionatını ölkəmizdə yayımlayacaq kanal məlum olub.
ABŞ-da keçiriləcək çempionatı Azad Azərbaycan (ATV) kanalı yayımlayacaq.
Qeyd edək ki, turnirin ilk görüşündə Misir təmsilçisi "Əl-Əhli" "İnter Mayami" ilə qarşılaşacaq. Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Qrup mərhələsi iyunun 14-də başlayacaq və iyunun 26-da başa çatacaq. Pley-off isə iyunun 28-dən iyulun 9-dək davam edəcək. Final iyulun 13-ə planlaşdırılıb.