
Axar.az
June 11, 2025 at 11:40 AM
🛴 Skuterlərlə bağlı DYP-dən ciddi xəbərdarlıq!
Skuter və digər elektrikli fərdi nəqliyyat vasitələrindən istifadənin artması, qaydalara əməl olunmadıqda təhlükəli vəziyyətlərə yol açır.
Ən çox rast gəlinən qayda pozuntuları:
Bir skuterdə iki nəfərin hərəkəti
Səkilərdə və piyada zolaqlarında yüksək sürət
İşıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi
Gecə vaxtı xəbərdaredici işıq və ya işarə olmadan hərəkət
Azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin idarə etməsi
Bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, həm də qəzalara və faciələrə səbəb ola bilər.
📢 DYP xatırladır:
Skuter – nəqliyyat vasitəsidir, onu idarə edən hər kəs qanunvericiliyin tələblərinə əməl etməlidir.