
Axar.az
June 18, 2025 at 10:04 AM
❗️❗️❗️Azərbaycanda kazino oyunlarına icazə ilə bağlı bəzi detallar müəyyənləşib:
● Ölkədə kazino oyunları yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə biləcək.
● Kazino oyunlarının təşkili üçün lisenziya tələb olunur, bu lisenziyanın dövlət rüsumu 340 min manat təşkil edəcək. Bu lisenziya hər il yenilənməlidir.
● Kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsilə təşkilinə yol verilməyəcək.
● 21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.
● Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmayacaq.