
OXU.AZ
June 17, 2025 at 09:53 AM
🔴 Bakıda metronun "28 May" stansiyasında vaqonda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.
Azyaşlı "28 May" stansiyasında düşərək bu barədə metro işçisinə məlumat verib və ondan kömək istəyib. Metropoliten əməkdaşı bu barədə mühafizə polisini məlumatlandırıb və onlar stansiya platformasına gəliblər. Həmin vaxt polis həmin şəxsə yaxınlaşaraq şikayət barədə soruşub. Sərxoş vəziyyətdə olan adam polisə tabe olmayıb, stansiya ərazisində səs-küy salıb.
Gəncə şəhər sakini olan 34 yaşlı şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

👍
🙏
❤️
😮
20