
OXU.AZ
June 17, 2025 at 07:55 PM
İsrailin dəstəklədiyi iranlı müxalifətçi Rza Pəhləvi İran rejiminin sonunun çatması ilə bağlı çağırış edib.
O, videosunu rəsmi “X” hesabında paylaşıb:
“İslam Respublikası sona çatdı və süqut etməkdədir. Başlanmış proses dayandırıla bilməz. Gələcək parlaqdır və biz tarixin bu kəskin dönüşünü birlikdə keçəcəyik. İndi ayağa qalxmaq vaxtıdır, İranı geri almaq vaxtıdır. Ümid edirəm tezliklə yanınızda olaram” - deyə çağırış videosunda bildirib.
Qeyd edək ki, Rza Pəhləvi İranın son şahı olan Məhəmməd Rza Pəhləvinin oğludur.

👍
😂
😮
9