
OXU.AZ
June 19, 2025 at 07:08 AM
📚📚 Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qruplar üzrə iyunun 1-də keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edib.
İmtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Əliyev Mirağa İxtiyar oğlu və Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu göstərib.
A.İsmayılov hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. Alı İsmayılov təhsilini ADA Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə davam etdirəcəyini bildirib.
Mənbə: Qafqazinfo

👍
❤️
🙏
10