OXU.AZ
OXU.AZ
June 20, 2025 at 07:32 AM
⚡️📢 Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son durumu açıqlanıb Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir. İyulun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib. "Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.
Image from OXU.AZ: ⚡️📢 Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son durumu açıqlanı...
🙏 😢 😮 6

Comments